Şabranda yaşayış evində partlayış baş verib, bir ailənin 3 üzvü xəsarət alıb

19 Noyabr 2012 11:33 (UTC+04:00)

Bu gün səhər saatlarında Şabran şəhərində yanğınla nəticələnən partlayış baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, partlayış Mirzə Ələkbər Sabir küçəsində, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin mətbəxində qeydə alınıb. Nəticədə 1959-cu il təvəllüdlü  Zemfira Rüstəmova və onun övladları - 1996-cı il təvəllüdlü Mehriban və 1988-ci il təvəllüdlü Aqşin müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Zemfira Rüstəmovanın vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.