50 il uzaqlıqdakı təhlükə
19 Noyabr 2012 15:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Dünya Bankı
2060-ci ilə qədər istiliyin 4 dərəcə artacağını və dünya üzərində
dağıdıcı təsir yaradacağını bildirib. Bank ətraf mühit enerji
texnologiyalarına investisiya qoymaq istəyən ölkələrə kredit təmin
etməyə hazır olduğunu da vurğulayıb. Hesabatda bu artımın xüsusilə
sahil zolağında yerləşən və az inkişaf etmiş ölkələrin ödəyəcəyinə
diqqət çəkib. Artan dəniz səviyyəsinin Benqladeş, Hindistan,
İndoneziya, Madaqaskar, Meksika, Mozambik, Filippin, Venezuela və
Vyetnam kimi ölkələri təhlükə altında qoyduğunu, Aralıq dənizində
isə yayın ən isti dövründə istiliyin təxminən 9 dərəcə artacağı
gözlənilir.
Qlobal miqyasda yaşanacaq sel nəticəsində bir çox bölgədə təmiz
su qaynağı tapmağın çətinləşəcəyinə də diqqət çəkilir.