44 milyard avro üçün mübarizə aparır
19 Noyabr 2012 19:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yunanıstanda
bütün diqqət Avro bölgəsinin yığıncağına çevrilib. Ümidi 31.5,
xəyali isə 44.5 milyard avro kredit üçün təsdiq almaqdır. Baş nazir
Samaras, "31.5 milyard Avro mümkündür, lakin daha çoxu üçün
mübarizə edirəm" deyib. Yunanıstan, 130 milyard avroluq 2-ci
xilasetmə paketi çərçivəsində, ötən iyun ayında verilməsi lazım
olan, lakin təxirə salınan 5 milyard avroluq, ötən sentyabr ayında
verilməsi lazım olan amma danışıqları yeni bitən 31.5 milyard
avroluq və yanvar ayında verilməsi nəzərdə tutulan 8 milyard
avroluq kredit dilimlərini bir dəfəyə ala bilmək üçün cəhd
göstərir.