Rusiya atəşkəs çağırışı edib

19 Noyabr 2012 17:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiya, Fələstin və İsrailə atəşkəs çağırışı edib. Rusiya Xarici işlər nazirliyindən edilən yazılı şərhdə, Qəzzadakı vəziyyətə işarə edilərək, "Rusiya, tərəfləri təcili atəşkəsə çağırır. İsrailə istiqamətlənmiş hücumlar və İsrailin Qəzzaya misilsiz güc istifadə etməsi qəbul edilə bilməz" deyilib. Şərhdə həmçinin bölgədə sülhü təmin etmək üzrə beynəlxalq sahədə, xüsusilə Misir tərəfindən edilən işlərin dəstəkləndiyi yazılıb. 

Xatırladaq ki, Rusiya Prezidenti  Vladimir Putin də daha əvvəl etdiyi şərhdə, Qəzzadakı vəziyyətdən narahatlıq duyduqlarını söyləmişdi.