İraq çoxdilli marş hazırlayır
20 Noyabr 2012 15:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İraq doqquz ildir
milli marşın nə olacağı mövzusunda davam edən müzakirələrə çox
dilli bir marş ilə son qoymağa hazırlaşır. İraqda Səddam Hüseynin
edamından sonra ABŞ, müvəqqəti olaraq ölkədə bu gün istifadə edilən
"Ana vətənim" adlı milli marşı 2004-cü ildə qüvvəyə qoysa da,
səlahiyyətlilər o gündən bəri daimi bir marş axtarışında idi.
İngiltərədə yayımlanan "Guardian" qəzetinə danışan parlamentin
mədəniyyət və media komitəsinin rəhbəri olan Doktor Əli əl Salam
hər kəsin dəstəklədiyi son bir təklif hazırlayıb: "Bütün azlıqların
dillərinin istifadə edəcəyi bir marşdır." İndi yeni milli marşın
sözlərinin ərəbcə olması, sonda ölkədəki bütün etnik qrupların
dillərində " Yaşa İraq" deyilməsi planlaşdırılır.