Mobil alış-veriş "partlayış"ı

20 Noyabr 2012 17:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ daxilində edilən bir araşdırma, istifadəçilərin alış-veriş vərdişləriylə əlaqədar təəccüblü detalları müəyyən edib. Dünyanın qabaqda gələn rəqəmsal hədiyyə şirkəti "CashStar" istifadəçilərin artıq kompüterləri yerinə cib telefonlarıyla alış-veriş etdiyini və son illərdə mobil alverdə "partlayış" yaşandığını qeyd edib. Lakin yayımlanan hesabatda çox daha təəccüblü nəticələr də var. Araşdırmaya görə 38 milyondan çox ABŞ vətəndaşı tualetdə olarkən alış-veriş edir. Yenə eyni hesabatda, istifadəçilərin avtomobillərini sürərkən də alver etdiyini bildirib. 9 milyondan çox insan isə iş görüşməsində və ya yığıncaqlarda alver etməyi üstün tutur.