"Lord of the Rings" məhkəməyə verilib
21 Noyabr 2012 16:33 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "The Hobbit"
filminin "Oscar" mükafatlı rejissoru Pitr Ceksonun şirkətinə
çəkilişlər əsnasında 27 heyvanı tələf etdiyi səbəbiylə istintaq
başladılıb. Ümumiyyətlə, film və seriallarda uşaqlara və heyvanlara
zərər verilib-verilmədiyini araşdıran "The American humane
Association"ın hesabatına görə, Yeni Zelandiyanın Vellinqton
şəhərindəki nəhəng studiyada çəkilən film əsnasında istifadə edilən
150 heyvandan 27-si həlak olub. Rejissor Pitr Cekson iddiaları qəti
şəkildə yalanlayıb. Rejissorun spikeri, heyvan ölümləri
yaşandığını, lakin film çəkilişi zamanı heç bir heyvana zərər
verilmədiyini, bəzilərinin təbii səbəblərlə öldüyünü
söyləyib.