Bethovenin "Elise"si tapıldı
21 Noyabr 2012 17:57 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kanadalı bir
musiqiçi alim Bethovenin "Für Elise" əsərini kimin üçün
bəstələdiyini araşdırıb. Musiqiçiyə ilham verən Bavariyalı
müğənninin adı Elisa Barensfelddir. Ludviq von Bethovenin "Für
Elise" əsərini kimin üçün yazdığı bu günə qədər gizli qalmışdı.
Kanadalı musiqiçi alim Rita Steblin bu sirri tapdığını iddia edir.
Steblinə görə Bethoven, 1810-cu ildə pianino üçün bəstələdiyi "Für
Elise" sonatasını Bavariyalı müğənni Elisa Barensfeldə həsr edib.
Avstriya və Almaniyada qəzet xəbərlərini, polis hesabatlarını,
zadəganların xatirə dəftərlərini və məktublarını araşdıran alim,
Bethovenin "Elise üçün 27 aprel, Bethovenin xatirəsinə" şəklindəki
əl yazmanı aşkar edib. Rita Steblin, bu qeydin o tarixlərdə Vyanada
bəstəkarın aşiq olduğu Teresa von Malfattinin qonşusu və şagirdi
Elisa Barensfeldə həsr edildiyini iddia edir.