“İsrail-Fələstin qarşıdurmasını İran qızışdırır”

21 Noyabr 2012 18:51 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Fransanın Xarici işlər naziri Loran Fabius Qəzza zolağında baş verən hadisələrə görə İranı ittiham edib.
Fabius "İsraillə Fələstin arasında baş verən silahlı insidentlərə görə məsuliyyəti İran daşıyır" deyib.
" Faktiki olaraq Həmasın əlində olan bütün raketləri İran istehsal edir. Ona görə də regionda baş verənlərdə İranın əlinin olduğunun söyləmək o qədər də çətin deyil. İranın Livanda, Suriyada, İraqda və indi isə Qəzzada fəaliyyəti hiss olunur. İran hökumətinin xarici siyasəti son dərəcə aqressivdir".