Papa: "Hazırda 2019-cu ildə yaşayırıq"
21 Noyabr 2012 18:25 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Həzrət İsanın
doğum tarixini sorğulayan Vatikanın araşdırmasına görə hazırda
yaşadığımız il 2012-ci il olmaya bilər. Xristianlıq dininin Katolik
məzhəbinin rəhbərlik mərkəzi Vatikan Hz. İsanın gerçək doğum
tarixini müzakirə edir. Bu müzakirə isə bilinən tarix qəbulunu
tamamilə dəyişdirəcək. Din adamlarının son araşdırmalarına görə Hz.
İsanın doğum günü olaraq qəbul edilən Milad (25 dekabr) düzgün
olmaya bilər. Bu fikir doğrudursa hazırda 2012-ci il deyil, 2018 və
ya 2019-cu ildir.
Dünyanı çaşdıran iddianın sahibi Papa 16-cı Benedikdir. Papaya
görə, Hz. İsanın bu günə qədər bilinən doğum tarixi doğru
hesaplanmayıb. "İsanın Uşaqlığı" adlı əsəri Fransada satışa çıxan
Papa Hz. İsanın bilinənin əksinə 6 və ya 7 il əvvəl doğulduğunu
yazıb. Çünki Hz. İsanın bu gün qəbul edilən doğum tarixindən 6-7 il
əvvəl Yupiter və Saturn planetkərinin Zodyak qurşağında
birləşib. Papa hesablamasını astronom Johannes Keplerin
hesablamaları əsasında edib. Papanın hesabına görə bu gün 2018 və
ya 2019-ci ildə yaşayırıq.