Ermənistan prezidentliyinə namizəd Bakıdadır

22 Noyabr 2012 15:09 (UTC+04:00)

Ermənistanın "İrs" partiyasının lideri, ölkə prezidentliyinə namizəd Raffi Ovannisyan Bakıya gəlib. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı "İrs" partiyasının mətbuat xidməti yayıb. O, noyabrın 22-23-də Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında iştirak edəcək. Onun toplantıda çıxışı da planlaşdırılır.

Qeyd edək ki, ICAPP-ın Kambocada keçirilən toplantısında iştirak edən Raffi Ovannisyan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun əfv edilməsinə etiraz əlaməti olaraq Bakıya gəlməkdən imtina edirdi. Lakin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərliyi onu vəd edib ki, Bakıda çıxış etməsinə imkan yaradılacaq və təhlükəsizliyinə təminat veriləcək.