Afrika dövlətlərini müharibə gözləyir
22 Noyabr 2012 19:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ağıllı telefon və
notbukların istehsalında istifadə edilən mineralların bol olduğu
bölgənin hakimiyyəti ucbatından Konqo və Ruanda arasında yenidən
müharibə ola bilər. Afrika ölkələri Demokratik Konqo
Respublikası və Ruandada 5 milyondan çox insanın öldüyü və
soyqırımların yaşandığı kədərli tarix bu gün təkrarlanmaq üzrədir.
Konqonun şərqindəki Qoma şəhərini ələ keçirən Ruanda dəstəkli "M23"
adlı hərbiləşdirilmiş qrup, dünən stadionda yığdıqları
kütləyə "Kongonu müstəqilləşdirəcəyik" deyib. "M23" xalqın onları
dəstəklədiyini söyləsə də minlərlə insan evlərini tərk edib.