ABŞ-dan Sarkoziyə viruslu kiber hücum
22 Noyabr 2012 15:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, başda İran olmaqla
Orta şərqdə bir çox ölkəyə böyük zərər verən "Flame" virusunun,
keçmiş Fransa prezidenti Nikola Sarkozini də hədəf aldığı iddia
edilib. Fransız mətbuatı, seçki əvvəli ABŞ tərəfindən göndərilən
virusun, "Elysee" kompüterlərinə sızdığını yazıb.Sosial
şəbəkə "Facebook" vasitəsilə Sarkozinin baş katibi Xavier Muska ilə
əlaqə quran xakkerlərin göndərdikləri viruslu fayllar vasitəsilə
"Elysee" kompüterlərinə girdiyi iddia edilib. Sarkozinin isə
kompüter istifadə etmədiyi üçün hücuma birbaşa olaraq məruz
qalmadığı bildirilib.