Makemake planetində atmosfer yoxdur

22 Noyabr 2012 16:06 (UTC+04:00)
Movqe.az xəbər verir ki, alimlər bir neçə böyük teleskopla toplanan məlumatlardan əldə edilən işıq hesabları edərək, Plutonun ''bacısı'' olaraq xatırlanan cırtdan planet Makamake haqqında yeni məlumatlar əldə edib. ''Nature'' elm jurnalında yayımlanan məqalədə, kiçik planet Makemakenin yalnız, metan buzunun qaza çevrilməsindən yaranan bəzi atmosfer kisələrinə sahib ola biləcəyi bildirilib. 2005-ci ildə kəşf edilən Makemake Günəş Sistemində yerləşən Neptunun kənarındakı 4 cırtdan planetdən biridir. Günəşdən olduqca uzaq olduğu üçün bu planetdəki hava istiliyi təxminən -240 dərəcədir.