70 il əvvəl göndərilən poçt ünvanına çatdı
22 Noyabr 2012 17:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsveçdə 70 il əvvəl
poçt ilə göndərilən fotoşəkilini üstündən uzun bir müddət keçsə də,
poçt qutusunda görən yaşlı qadın təəccüblü anlar yaşayıb. 77 yaşlı
isveçli Cejdi Berginin 1942-ci ildə Uppsala şəhərində ibtidai
məktəbə gedərkən çəkilən sinif şəkli gec də olsa 70 il sonra poçt
qutusuna düşüb. Kimin göndərdiyi məlum olmayan fotoşəkil əlinə
keçdikdən sonra çox çaşdığını və sevindiyini söyləyən Berg şəkli
ilk dəfə gördüyünü söyləyib. Şəkli görəndən sonra çox kövrəldiyini
söyləyən Berg, "həyatımda ən gözəl hədiyyələrdən biri oldu''
deyərək hisslərini dilə gətirib.