Məkkəyə getdi, aləm qarışdı

22 Noyabr 2012 19:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hilton Otellerinin varisi Paris Hilton, həftə sonu Səudiyyə Ərəbistanının Məkkə şəhərində öz adını daşıyan bir mağaza açıb. Dünyada 40-dan çox mağazası olan Paris Hiltonun "Mecca Mall" adlı alış-veriş mərkəzində çanta və aksesuar satılan mağaza açması, "Porno filmi olan qadına niyə müqəddəs bir şəhərdə mağaza açmaq icazəsi verilir?!" deyən dindarların reaksiyasına səbəb olub.