“Tofiq Bəhramov”da 600-cü oyun

23 Noyabr 2012 11:42 (UTC+04:00)

Avropa Liqasının V turunun "Neftçi" ilə dünənki oyunu Serbiyanın "Partizan" klubunun kapitanı Saşa İliç üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumameylli yarımmüdafiəçi Belqrad təmsilçisinin heyətində yubiley matçına çıxacaq. Belə ki, "Partizan"ın yetirməsi olan Saşa 600-cü dəfə "ağ-qaralar"ın formasını geyinəcək. Tofiq Bəhramov stadionundakı görüşədək 599 matçın iştirakçısı olan İliç klub tarixində oyun sayına görə ikincidir. O, yalnız 791 qarşılaşmaya çıxan Momçilo Vukotiçdən geri qalır.