Ronaldo diqqət mərkəzində

23 Noyabr 2012 11:52 (UTC+04:00)

Kariyerasını İspaniyanın Real Madrid klubunda davam etdirən Cirisdiano Ronaldo keçen ayların birində "Mən Madridde xoşbəxt deyiləm" ifadəsi qalmaqala səbəb olmuşdu. Portuqaliyalı ulduzun bu ifadəsinin hansı anlam daşıdığını anlayan aparıcı komandalar Ronaldonu transfer etmək niyyətinə düşüblər və bir-biriləri ilə rəqabətə giriblər. Bu siyahıya Mançester Siti başçılıq edir. Siyahıda "Çelsi", "PSJ", "Anji"və keçmiş klubu "Mançester Yunayted" yer alır.

Xatırladaq ki, Ronaldonun müqaviləsi 2015-ci ildə başa çatacaq.