"Müstəqillik" üçün küçələrə toplaşdılar

23 Noyabr 2012 16:45 (UTC+04:00)

Movqe.Az bildirir ki, Barselona küçələrinə toplaşan yüz minlərlə katalon, Madrid hökumətindən "müstəqillik" istəyib. Kataloniya xalqı, İspaniyadakı borc böhranının öz bölgələrinin iqtisadiyyatını və varlığını pozduğunu iddia ediblər. Varlıqlarının mərkəzi hökumət tərəfindən məhv edildiyini iddia edən katalonlara artan işsizlik və maliyyə problemlərindən əlavə separatçı fikirlər də təsir edib. Barselona küçələrində "Avropaya yox", "Müstəqillik" və "Kataloniya: Yeni Avropa ölkəsi" plakatları görülüb.