Neftçi Partizan səddini keçə bilmədi

24 Noyabr 2012 10:07 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Son Azərbaycan çempionu doğma meydanda Serbiyanın "Partizan" klubunu qəbul edib. Belqradda rəqibi ilə  0:0 oynuyan Neftçi öz meydanında qələbə qazanıb, növbəti xalını qazanmağı qarşısına məqsəd qoymuşdu. Matçın ilk dəqiqələrində təşəbbüsü ələ alan futbolçularımız artıq 10-cu dəqiqədə hesabı açdılar. Flavinyo uzağdan vurduğu baxımlı qolu ilə "Neftç"ini  önə çıxartdı və ilk hissə minimal üstünlüyümüzlə başa çatdı.

 İkinci hissədə "Partizan" futbolçuları oyundakı üstünlüyü ələ aldılar və qapımız qarşısında bir neçə təhlükəli qol vəziyyətləri yaratdılar. "Neftçi" futbolçuları hesabı sona kimi saxlaya bilmədilər. Aleksandr Mitroviç 67-ci dəqiqədə hesabı bərabərləşdirdi. Qarşılaşma dramatik şəkildə davam edirdi. Matçın 77-ci dəqiqəsində Uelsli baş hakim Simon Li Evans Mitroviçə onu təhqir etdiyinə görə qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırdı. Beləliklə Mitroviç 64-cü dəqiqədə meydana girib, 67-də qol vurdu, 77-də isə qovuldu. Bundan sonrakı dəqiqələrdə hər iki klub qol vurmağa çalışsa da hesab dəyişməz olaraq qaldı. Oyun 1-1 hesabı ilə başa çatdı. Qrupda keçirilən digər oyunda Rusiyanın "Rubin" klubu İtalya "İnter" -ini 3:0 hesabı ilə məğlub edib. 2 ci dəqiqədə Gökdeniz daha sonra isə 86 və 90-cı dəqiqələrdə Rondon fərqlənərək komandasının böyük hesablı qalibiyyətində əvəzsiz pay sahibi olublar.

S    Komanda  O   Q   H    M         Q                    X

1    Rubin         5     4    1     0       9-2               13

2    Inter           5     3    1     1       9-7               10

3    Partizan      5    0    2     3       2-7                2

4    Neftci         5    0    2     3       2-6                2