Parisin Yelisey çöllərində Milad işiqlarının yandırılması mərasimi keçirilib

26 Noyabr 2012 17:00 (UTC+04:00)
Artıq bir çox ölkələrdə Milad bayramı ilə əlaqədar  hazırlıq işlərinə başlanıb. Movqe.az xəbər verir ki, Fransada da bayrama hazırlıq  gedir. Parisdə Milad bayramı işıqlarının yandırılması münasibəti ilə təntənəli mərasim keçirilib. Yelisey çöllərində çıraqbanları tanınmış aktrisa Dayana Kryuqer yandırıb. Mərasimdə ənənəyə uyğun olaraq paytaxt meri Bernard Dölano də iştirak edib. Əvvəlcə tamaşaçı kütləsinin üzərinə konfet yağışı yağıb, daha sonra isə bir-birinin ardınca paytaxtın ən  məşhur küçəsi "Yelisey çölləridə" halqavari ilüminasiyalarla   bəzədilən 200 ağacın işıqları yandırılıb.  Küçə işığa qərq olmuş nağıllar aləmini xatırladır. 2 kilometr uzanan küçədəki məşhur firmaların butikləri, mağaza və restoranların vitrinləri isə alıcıları cəlb etmək üçün işığa qər olub. Neon işıqlar bayram tətilləri başa çatana kimi, yəni yanvarın 10-a kimi məşhur Yelisey çöllərini bəzəyəcək.