Ölkə adını dəyişəcək

26 Noyabr 2012 15:39 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İslandiya iqtisadi böhrandan xilas olmaq və keçmiş günləri unutmaq üçün maraqlı bir formul tapıb. İslandiya o günlərin izlərini silmək, imic təzələmək və baş verən mənfilikləri unutmaq üçün ölkə adını dəyişdirmək qərarı alıb. İtalyan "Corriere della Sera" qəzetinin xəbərinə görə İslandiyanın yeni adını ölkəni ziyarət edən xarici turistlər tapacaq. Turistlər, Paytaxt Reykjavik hava limanında qurulan sandıqlara ad təkliflərini yazaraq bu müsabiqədə iştirak edəcəklər.