2 ayda 5 milyon satış edib

26 Noyabr 2012 19:08 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Samsung"un tablet və telefon qarışığı olan cihazı "Galaxy Note II"nin satışı 5 milyonu aşıb. Qısa müddətdə 5 milyondan çox "Galaxy Note II" satdığını açıqlayan "Samsung"un bu cihazı 128 ölkədə satılır. Almaniyada keçirilən IFA sərgisində ilk dəfə təqdim edilən "Galaxy Note II"nın xüsusiyyətlərinə gəldikdə isə 5.5 düymlük Super "AMOLED HD" ekrana sahib olan cihaz 1.6 giqahers sürətində işləyən "Exynos 4 Quad" prosessordan güc alır. 16, 32 və 64 GB-lıq modelləri olan "Galaxy Note II" iki aylıq satış müddətində 5 milyon abunəyə çatıb.