Ailə daxili şiddət üçün telefon xidməti

26 Noyabr 2012 19:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ukraynada ailə daxili şiddət ilə mübarizə üçün açılan telefon xətti iki həftə xidmət verəcək. Telefon xəttindən ailə daxili şiddət, ayrı-seçkilik, uşaq hüquqları pozuntusu və insan alveri ilə əlaqədar məsləhət veriləcək. Telefon xətti, 25 Noyabr -10 dekabr tarixləri arasında fəaliyyət göstərəcək. Vətəndaşlar, Ukrayna Daxili İşlər Nazirliyi və Sosial Siyasət Nazirliyi nümayəndələri ilə ailədaxili şiddət, uşaq hüquqları, insan alveri və qadın-kişi ayrı-seçkiliyi mövzusunda mütəxəssislərlə söhbət edəcək. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə dünyada hər 10 qadından 7-i şiddətə məruz qalır və 603 milyon qadın ər şiddətinin cəzalandırmadığı ölkələrdə yaşayır.