Ermənistan prezidenti jurnalisti hədələdi

26 Noyabr 2012 18:28 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Fransalı jurnalist Ermənistan prezidenti tərəfindən hədələnib. Fransada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan özəl müsahibə verdiyi jurnalistin korrupsiya və Əsəd rejimi ilə əlaqələrinə dair suallarına sərt reaksiya verib.
Müsahibə alan "France-3" telekanalının müxbiri Olivier Mişel verdiyi açıqlamada müsahibədən sonra Sarkisyanın yaxınları tərəfindən hədələndiyini deyib: "Sarkisyana Ermənistadakı korrupsiya və Suriya ilə əlaqələri barədə sual verdim. Müsahibədən sonra tərcüməçi qadın məni kənara çəkərək hədələdi. Erməni nazir isə məni barmağı ilə hədələdi".