Mədəndə Marsın əlamətləri tapılıb

27 Noyabr 2012 15:04 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kanadanın "Quebec" əyalətində Mars planeti ilə eyni xüsusiyyətlərə sahib asbest mədəni ABŞ və Kanadalı elm adamlarının araşdırma mərkəzi olub. Layihə idarəçilərindən "Winnipeg" Universitetinin Professoru Ed Kloutis metan qazının sudan sonra, həyatın başlanğıcını axtarmaqdakı ən əhəmiyyətli ikinci açar olduğunu bildirib. O:"Marsdakı metan qazının qaynağını tapmaq, planetdəki həyatla bağlı sualların da cavabı olacaq. "Jeffrey ASBEST" mədən ocağının şəraiti də Mars haqqındakı məlumatlarımız ilə eynidir" deyib.