Saatda 500 km sürətlə hərəkət edəcək - FOTOLAR

27 Noyabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiya dünyanın ən sürətli qatarın hazırlanma layihəsini açıqlayıb. Maqnitli qatar (Magnev) saatda 500 km sürətlə gedə biləcək. Yaponiyanın paytaxtı Tokio ilə Naqoya şəhəri arasındakı 350 km-lik məsafəni yalnız 40 dəqiqəyə gedə biləcək qatar 2027-ci ildə istifadəyə veriləcək. Hər nə qədər gec istifadəyə veriməsinə baxmayaraq, L0 model olaraq təqdim ediləcək qatar, maqnetik raylı qatarları təmsil etməsi üçün çox əhəmiyyətli bir layihə olaraq qəbul edilir. 1970-ci illərdə istifadəyə verilən Magnev texnologiyası, qatarın relslər üzərində təmas etmədən irəliləməsini təmin edir. Yəni, havada irəliləyən qatarın sürtünməsi sıfıra endiyi üçün çox daha uzun məsafələrə çox daha sürətli bir şəkildə çata bilir. Dünyanın ən sürətli qatarı, hələ ki istifadəyə verilməsə də Çinin "CRS" şirkəti tərəfindən hazırlanan qatardır. Altı vaqona sahib olan və bıçağa bənzəyən dizaynıyla aerodinamik xüsusiyyətini artıran qatar, yüngül plastik, maqnezium xəlitə və karbon lifdən hazırlanacaq. 22.800 kW enerji istifadə edən qatar, 2011-ci ilin dekabr ayında keçirilən testdə 500 km sürətə çatıb. Əvvəllər dünyanın ən sürətli qatarı Çin Yüksək Sürətli Demiryollarının işlətdiyi qatar idi. Sərnişin qatarı saatda 300 km sürətlə hərəkət edir. Qatarın istifadə enerji isə 9600 kW-dur. Yaponların yeni nəsil Magnev qatarının 14 vaqonu olması və min sərnişin daşıması planlaşdırılır. Bu an üçün soruşulan ən əhəmiyyətli sual, güllə kimi gedəcək qatarların bilet qiymətinin nə qədər olacağıdır. Lakin bu suala cavab hələ verilməyib.