"Twitter"da yenilik olacaq

27 Noyabr 2012 19:41 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Twitter"da keçilməsi planlaşdırılan yeni tətbiqdə indiki kimi yalnız son bir neçə həftəni deyil, bütün köhnə keçmiş mesajları hər kəs görə biləcək. Belə olduqda isə 2006-cı ildən bu yana tvit atanlar əgər görülməsini istəmədikləri mesajlar varsa tək tək silmək məcburiyyətində qalacaqlar. CEO Dick Costollo, arxivləmə və nəşr etmə prosesinin bu il sonuna qədər tamamlanağını ifadə edir. Facebook və Googledəki kimi işləyəcək olan arxiv sistemində yüklənən sənədlər və "database" faylları olacaq. Sayt 3.200-ə qədər keçmiş mesajı göstərə biləcək.