Azərbaycanın məktəblərində yenilik

28 Noyabr 2012 12:28 (UTC+04:00)

Orta təhsil müəssisələrində 3G şəbəkəsindən istifadə olunacaq.

Orta təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması üçün 3G şəbəkəsindən istifadə olunacaq.Bu barədə jurnalistlərə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov deyib.

 "Bu məqsədlə mobil operatorlarla danışıqlar aparılır. Xidmət tədarükçüsünün seçilməsi meyarları operatorların təklif etdiyi keyfiyyət və şəbəkəyə çıxış qiymətindən asılı olacaq", - Məmmədov qeyd edib.

 3G, xüsusən ucqar ərazilərdə şəbəkəyə çıxışı asanlaşdıracaq. Belə ərazilərə kabel çəkilişi üzrə xərclər olduqca yüksəkdir.

 "Hazırda təhsil şəbəkəsinə təqribən 1500 məktəb qoşulub. İlin sonunadək daha 200 tədris müəssisəsi AzEduNet-ə çıxış əldə edəcək. Yaxın iki ildə şəbəkəyə respublikanın bütün təhsil müəssisələrinin qoşulacağını güman edirəm", - Məmmədov bildirib.