Medvedevin rəqsi dəb olub

28 Noyabr 2012 15:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedevin 18 iyun 2010-cu ildə universitet yoldaşları ilə birlikdə etdiyi rəqs dəb halını alıb. Medvedevin universitet yoldaşlarıyla St. Petersburqdakı K-2 dövlət iqamətgahındakı 1980-90-cı illərin məşhur Sovet və rus pop qrupu "Kombinatsiya"nın "American Boy" musiqisi müşayiətində rəqs etməsi böyük maraq görmüşdü. Rusiyanın Moskva, Sankt-Peterburq, Tümen, Rostov, Samara başda olmaqla təxminən 20 rus şəhərində, həmçinin Avstraliya, Almaniya, ABŞ, Tayland, Çində gənclər Medvedevin rəqs stilini təkrarlayaraq əylənib. 2011-ci ildə internetdə yayımlanan sözügedən rəqsi Medvedevin Mətbuat müşaviri Natalya Timakova da doğrulamışdı.