Gəmidə cəsəd tapılıb

28 Noyabr 2012 18:37 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yaponiyanın qərb sahillərində görülən gəmidə 5 cəsəd tapılıb. 10 metr uzunluğundakı gəminin üzərində Koreya dilində sözlərin yazıldığı bildirilib. Sado adası sahilindəki gəmini bölgədə balıqçılıq edən biri tapıb. Hadisə yerinə gələn polis, gəmidə cəsədlərlə qarşılaşıb. Gəmidə balıqçılıq avadanlığının da olduğu qeyd edilib. Polis spikeri, Koreya dilindəki sözlərin oxuna bilmədiyini  ifadə edərək, "cəsədlərə diaqnoz edilə bilmir. Milliyyətələrini də anlamaq mümkün deyil." deyib.