Film üçün bu vəziyyətə düşdü

29 Noyabr 2012 19:00 (UTC+04:00)

Movqe.Az bildirir ki, ABŞ-lı aktyor Cered Leto çəkilişləri davam edən "Dallas Buyers Club" adlı filmə son anda qatılıb. Belə ki, yeni layihədə QİÇS xəstəsi bir transeksual rolunu oynayacaq olan  Leto bir ay içində tanınmaz vəziyyətə gəlib. "Vulture" jurnalına müsahibə verən  40 yaşlı aktyor, bir ay ərzində demək olar ki, heç bir şey yemədiyini söyləyib. Leto sözlərinə davam edərək, "Daha da arıqlaya bilərdim, amma rolum üçün ideal kilo budur. Rejim əsnasında bədəniniz qəribə proseslərdən keçir." deyib. Filmin digər üzvü Hollivudun təcrübəli aktyoru Metyu MakKonahi rolu üçün 18 kilo arıqlayıb. Pərəstişkarları Metyunun setdə çəkilən fotoşəkillərini görən zaman aktyor üçün narahat olduqlarını bildiriblər.