Alişa Kiz Nyu-Yorkun ESB işıqlarını yandırıb

30 Noyabr 2012 10:34 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikalı ifaçı, bəstəkar və pianist Alişa Kiz bu dəfə NyuYorkun məşhur Empeyr Steyt Bildinq göydələninin işıqlarını yandırıb. Bundan əlavə işıq şousu onun 'Empire State of Mind' sinqlının sədaları altında nümayiş olunub. Nyu Yorkun Manhettan adasında yerləşən Empeyr Steyt Bildinq dünyanın ən hündür binalarından hesab olunur. İndiyə qədər bu möhtəşəm göydələnin işıqlandırılmasında bir çox məşhur ulduzlar iştirak edib. Növbəti dəfə bu şans isə geniş səs diapazonuna malik Alişa Kisin payına düşüb. İşıq şousu bu dəfə ifaçının reper J.Z ilə 2009-cu ildə ifa etdiyi və böyük uğur qazandığı 'Empire State of Mind' sinqlının müşaiyyəti altında baş tutub.

İfaçı, bəstəkar Alişa Kiz mərasimi gördüyü ən möhtəşəm gecə kimi xarakterizə edib: "İndiyə qədər belə bir səlahiyyət mənə verilməmişdi. Çox sevinirəm ki, Nyu Yorkun tam mərkəzində mənim musiqim səslənir". 

"R n B" və "Soul" janrlarına müraciət edən müğənni professional fortepiano ifaçısı kimi də məşhurdur. 31 yaşlı Alişa 12 illik karyerası ərzində bir çox həmkarlarının əldə edə bilmədikləri 14 Qremmi qazanıb. Bundan əlavə o MTV, Bilboard, MBO və digər nüfuzlu mükafatlar sahibidir. "Songs in a minor" adlı debut albomunu 2001-ci ildə çıxaran sənətçi dünya üzrə 30 milyondan çox albom satışına malikdir. Hazırda Alişa Kizin 5-ci studiya albomuna daxil olan "Girl on fire" sinqlı dünya radiolarında səslənir. Sinql qısa müddət ərzində Avropa və Amerikada ən çox endirilən mahnı seçilib. Alişa ilk dəfə bu mahnını bu ilin sentyabrında gerçəkləşən MTV Video musiqi mükafatı mərasimində ifa edib. Bundan sonra trek MTV Avropa musiqi mükafatı və ötən həftə reallaşan Amerika musiqi mükafatı kimi nüfuzlu mərasimlərdə möhtəşəm performansla fanatlarının ixtiyarına verib. Musiqiyə çəkilən klip hazırda dünya musiqi kanallarında nümayiş olunur.