Qadın kişilərin sağlamlığı üçün saqqal buraxdı
30 Noyabr 2012 17:32 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dünyanın dörd bir
tərəfində minlərlə kişi prostat xərçənginə diqqət çəkmək üçün bu ay
bığlarını uzatıb. Hər Noyabr ayında keçirilən aksiyada bu il ən çox
saqqal uzatmaqla marağa səbəb olan Siobhain Fletçer adlı qadın
iştirakçı olub.
Hər il noyabr ayında kişi sağlamlığına diqqət çəkmək üçün təşkil
edilən "Movember" adlı fəaliyyətə qatılanlar ay boyunca bığlarını
qırxmayıblar.
Bir növ hormonal problemləri olan 36 yaşlı Siobhain Fletçer də
saqqalını uzadaraq aksiyaya dəstək verib.
"Huffington Post"un xəbərinə görə yetkinlik illərindən bəri
qadınlıq hormonlarındakı balanssızlıq nəticəsində xarici tüklənmə
ilə mübarizə aparan Fletçer bir yoldaşından eşitdiyi aksiya
haqqında ətraflı maraqlanıb.
Fletçer belə danışıb: "Mən ailə üzvlərini xərçəngə görə itirənlərə
kömək etmək üçün saqqal buraxdım."
Avstraliyada 2004-cü ildə başlayan və bütün dünyada prostat
xərçəngi başda olmaqla kişi xəstəliklərinə diqqət çəkmək üçün
təşkil edilən "Movember" adlı fəaliyyətin adı Azərbaycanca "bığ"
mənasını verən "Moustache" və "Noyabr" mənasını verən "November"
sözlərinin birləşməsindən meydana gəlib.