"Sevgilim qızıma ərimdən çox atalıq edib"

1 Aprel 2016 10:00 (UTC+04:00)

Aktyor Ümid Kantarcılardan boşanan aktrisa Qamze Topuz sevgilisi Fırat Topkorurla görüntülənib. 


Movqe.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, aktrisa paparassilərə verdiyi açıqlamalarla yadda qalıb. Qamze jurnalistlərə sitəm edərək "Mən uşağıyla yetim qalmış 32 yaşlı qadınam. Gedin seriyabaşı 40-50 min lirə alanları çəkin. Həftədə 2500 lirəyə işləyən qadınam" deyib. 


Q.Topuz keçmiş həyat yoldaşı Ümid Kantarcılardan da danışıb:

 

"Ərimi çox sevirdim. Hansı qadın 30 günlük uşağıyla evi tərk edər? Qızım 6 aylıq ikən Fıratla münasibətə başladım. Əmin olun, Fırat qızıma Ümiddən daha çox atalıq edib".