Qızıl topa 3 namizədin adı artıq məlum olub

30 Noyabr 2012 10:30 (UTC+04:00)
Bu gün Braziliyanın San-Paulu şəhərində "Qızıl top 2012"-yə iddia edən üç finalçının adı müəyyənləşib.
Məlumata görə, onlar ispaniyalı Andres İnyesta, argentinalı Lionel Messi (hər ikisi "Barselona") və portuqaliyalı Kriştiano Ronaldodur ("Real Madrid").
Dünyanın ən yaxşı futbolçusu yığma komandaların baş məşqçiləri və kapitanları, habelə jurnalistlərin səsverməsi nəticəsində bəlli olacaq.
Qalibin adı yanvarın 7-də elan ediləcək.
Qeyd edək ki, Messi bu mükafata üç dəfə (2009, 2010, 2011) sahib çıxdığı halda, Ronalda yalnız bir dəfə (2008) "Qızıl top"un qalibi olub.