XİN: Moskva Dağlıq Qarabağa münaqişəsi tərəflərini təmkinli olmağa çağırır

2 Aprel 2016 15:15 (UTC+04:00)

Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin ciddi gərginləşməsi barədə məlumatlardan olduqca narahatdır.


Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yaydığı bəyanatda deyilir.


XİN-in bəyanatında bildirilir: "Tərəfləri təmkinli olmağa çağırırıq, hər şeydən əvvəl hərbi toqquşmaların dərhal dayandırılmasını zəruri hesab edirik. Rusiya Azərbaycan və Ermənistan xarici siyasət qurumlarının rəhbərləri ilə daim təmasdadır".