Saakaşvilidən Azərbaycana növbəti dəstək

6 Aprel 2016 13:20 (UTC+04:00)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidən Azərbaycana yenə dəstək gəldi. Virtualaz.org-un məlumatına görə, M.Saakaşvili 2012-ci ildə Azərbaycan Milli Məclisində etdiyi çıxışını öz facebook səhifəsində yerləşdirməklə Azərbaycana bir daha dəstək nümayiş etdirib.

Xatırladaq ki, o həmin çıxışında Azərbaycan dilində "Bir kərə yüksələn bayraq, bir daha enməz" deyərək Azərbaycanı dəstəkləmişdi.