Narazı kütlə Əhmədinejada hücum çəkdi
20 Aprel 2012 12:05 (UTC+04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ölkənin cənub bölgələrindən biri
olan Bəndər-Abbas şəhərinə səfəri zamanı narazı kütlənin hücumuna
məruz qalıb. Həvəskar video görüntüdə Əhmədinejadın maşın
karvanının narazı insanlar tərəfindən əhatə olunduğu öz əksini
tapıb.
Prezidentin avtomobil karvanını əhatə edən şəxslərdən biri əlində
Ayətulla Xameneinin şəklini tutub. Digər bir şəxsin isə "mən acam,
mən acam" dediyi eşidilir. Görüntüdə prezidentin mühafizəçilərinin
özlərini itirdikləri gözdən yayınmır.
İranlı bir qız isə mühafizəçilərin əlindən qurtularaq prezidentin
maşınının üstünə çıxıb. Burada o Mahmud Əhmədinejada nə isə deyib.
Daha sonra qız avtomobilin üstündən düşüb.