Məşhur şirkət “ağıllı” linzanın patentini almağa hazırlaşır

16 Aprel 2016 13:30 (UTC+04:00)

"Samsung" şirkəti yeni layihəsi olan "ağıllı" linzanın patentini almaq üçün müraciət edib.Movqe.az  xəbər verir ki, kiçik ekranı, kamerası, antenası və gözün hərəkətlərini qəbul edən sensorları olan "ağıllı" linzalar "Galaxy" seriyasından olan "Samsung" telefonlarla uyğunlaşacaq.İstifadəçilər sadəcə gözlərini yumaraq cihazlarını idarə edə biləcəklər. Genişləndirilmiş reallıq (Augmented Reality) texnologiyasının tətbiq edildiyi linzanlar sayəsində real həyatla linzanın ekranında əks olunan məlumatları eyni anda görə biləcəklər.(publika.az)