SIRPI hesabatı Azərbaycanın iqtisadi imkanlarının artdığını təsdiqləyir
20 Aprel 2012 12:14 (UTC+04:00)
Azərbaycanın silahlanması və güclənməsi onun bir daha öz ərazi
bütövlüyünün işğalı ilə barışmayacağını ortaya qoyur. Bu sözləri
Gün.Az-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, ekspert
Ayhan Dəmirçi Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması
İnstitutunun Azərbaycan dünyada silahlanmanın artım templərinə görə
1-ci yeri tutmasını şərh edərkən bildirib.
"Üstəlik, bu hesabat Azərbaycanın iqtisadi imkanlarının artdığını
və bölgənin lider dövlət olduğunu təsdiqləyir. Onsuz da Qarabağın
azadlığı uğrunda müharibə başlasa, bu Ermənistanın darmadağın
olunması ilə nəticələnəcək. Bunu Ermənistanda da yaxşı dərk
edirlər", - deyə, Ayhan Dəmirçi qeyd edib.
Ayhan Dəmirçi onu da bildirib ki, sosial-iqtisadi problemlə yaşayan
Ermənistanın vəziyyəti getdikcə pisləşir. "Ermənistan işğaldan heç
nə qazanmadı və əksinə, ölkəsi səfalət durumundadır. Azərbaycan isə
hər gün güclənən və inkişaf edən bir dövlət halına gəlib" - deyə,
cəmiyyət sədri söyləyib.