"Türkiyənin İrina Şeyki"nin yeni sevgi dedi-qodusu - foto

27 Aprel 2016 10:27 (UTC+04:00)

"Asla vazgeçmem" serialının baş rol qəhrəmanları Amine Gülşe və Taner Rumeli dünən İstanbulun Bebek səmtində görünüblər.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir kafedə çay içən ikili sonra sahil boyu gəzib. Yolu keçərkən paparassiləri görən cütlük özlərini itirib.


Daha sonra isə haqqında sevgi-dedi qodusu yayılan məşhurlar serialın çəkildiyi əraziyə yollanıblar.


Qeyd edək ki, "Türkiyənin İrina Şeyki" adlandırılan A.Gülşe bir müddət əvvəl futbolçu Mesut Özillə sevgili olub.