İran şirkətinə Ermənistana elektrik xətti çəkməyə icazə verilib

28 Aprel 2016 22:00 (UTC+04:00)

İranın "Sunir" şirkətinə İslam Respublikası ilə Errmənistan arasında yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə icazə verilib. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, iki ölkə arasında bu layihə ilə bağlı memorandum 2006-cı ildə imzalanıb. Bu xətt İrandan Ermənistanın Megri, daha sonra Razdan rayonuna çəkiləcək. Proqramın davamı olaraq, layihə Gürcüstanda həyata keçiriləcək.