Ziyafət Əsgərov jurnalistlərə irad tutdu: "Satılıb nə deməkdir?"

29 Aprel 2016 13:50 (UTC+04:00)

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov mətbuat orqanlarını insan alveri ilə bağlı məsələlərdə ehtiyatlı olmağa çağırıb. Movqe.az-ın məlumatına görə,  Z.Əsgərov jurnalistlərin işlətdiyi ifadələri ehtiyatla seçməyin vacibliyini vurğulayıb. "İnsan alverinə qarşı mübarizədən danışırıq gərək ictimaiyyət və mətbuat da dəstək olsun. Bir də baxırsan ki, yazırlar filan futbol klubun üzvü başqa futbol klubuna satılıb. Burada müqavilə və tansferdən söhbət gedir. Satılıb nə deməkdir?! Bu insandır və necə alver predmeti ola bilər?!. İnsan alverinə qarşı mübarizədən danışırıq, amma belə sözlər eşidirik. İfadələrdə ehtiyatlı olmalıyıq".