"Formula 1" yarışlarına etiraz davam edir
20 Aprel 2012 17:37 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Bəhreyndə iğtişaşlar yenidən başalayıb.
Ölkədə "Formula 1" Qran Pri avtomobil yarışının keçiriləcəyinə
etiraz edən müxalifət tərəfdarları dünən yenidən küçələrə
axışıblar. Paytaxt Manamada Böyük Britaniya səfirliyinin
yaxınlığında kütləvi nümayiş iğtişaşlara çevrilib. Polis
nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, nümayişlərdə "Formula 1" yarışının Bəhreyndə
keçirilməsinə etirazla yanaşı, ölkə rəhbərliyindən siyasi və
demokratik islahatların keçirilməsi tələbi də ifadə olunub.
Nuranə Novruzova