Beynəlxalq Qırmızı Xaç Komitəsi BDU-da treninq keçirdi

20 Aprel 2012 17:48 (UTC+04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi 1919-cu ildə yaradılmışdır. Hazırda 185 ölkənin Milli Qırmızı Xaçını özündə birləşdirir. Milli Qırmızı Xaç Komitəsi – hər bir ölkədə təşkilatdır.

Bu gün Bakı Dövlət Universitetində BQXK tərəfindən treninq keçirildi. BQXK-nin nümayəndəsi Şəhla Qəhrəmanova ilk növbədə bu komitənin fəaliyyətindən danışdı.

Treninqdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələridə aktiv iştirak etdilər.

Qeyd edək ki, BQXK nümayəndəsi tələbələrin sualları cavablandırır və bəzi məqamları daha ətraflı izah edirdi.

Treninqin əsas məqsədi tələbələrə BQXK-nin əsas məqsədlərini izah etmək idi.

Şəhla Qəhrəmanova QXK-nin xatırlatdı ki, QXK-nin əsas məqsədi əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin axtarışı və onlara yardım etməyidir.

"Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi Azərbaycanın cəbhəyanı və sərhədyanı bölgələrində yaşayan insanlara da yardım edir. İnsanlara qrant şəklində maliyyə yardımı göstərilir, artezian quyuları qazılır, onların içməli su problemi həll olunur", - Şəhla Qəhrəmanova dedi.

 Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi hazırda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması və ya dəyişdirilməsi istiqamətində Azərbaycanda və Ermənistanda fəaliyyətini davam etdirir.

Şəhla Qəhrəmanova bildirdi ki, BQXK-nin əsir və itkin düşmüş şəxslərin axtarışında daha yüksək nəticələr əldə olunması üçün yeni layihə hazırlanır. Layihənin həyata keçirilməsində Azərbaycan Hökuməti razılıq vermişdir. Bu layihənin icrasına başlamaq üçün Azərbaycan Hökuməti, Səhiyyə Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında Anlaşma Memorandumu imzalanmalıdır.

 

Türkan Nadirqızı

Mövqe.Az