İsmayıllıda ağır yol qəzası - 3 nəfər ölüb

4 İyul 2016 14:40 (UTC+04:00)

İsmayıllıda ağır yol qəzası baş verib.


Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 2-də saat 21 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndində Qəbələ rayon sakini Asim Alıyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.


Xəstəxanaya yerləşdirilmiş sürücü və sərnişinləri, həmyerliləri Uğur Mürsəlov və Elbrus Həlimov orada ölüblər.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadsiə ilə bağlı araşdırma aparılır.