Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

5 İyul 2016 09:52 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 5 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.


Mərkəzi Bankdan Movqe.az-a  verilən məlumata görə, iyulun 5-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5425 manat təşkil edir.


Manata nəzərən avronun məzənnəsi isə 1,7160 manat təşkil edir.


1 türk lirəsi 0,5301 manat, 1 rus rublu 0,0241 manatdır.