Kraliça özünə qabyuyan axtarır – İldə 16,8 min funt- sterlinq

11 İyul 2016 16:50 (UTC+04:00)

Böyük Britaniya kraliçası II Yelizaveta qabyuyan axtarır.


Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Bukingem sarayının paylaşdığı elanda bildirilir. 


Kral ailəsi potensial işçiyə ildə 16,8 min funt - sterlinq ödəyəcəyini qeyd edib. Qabları yuyacaq şəxs həftədə beş gün işləyəcək. Kral ailəsindən işləyəcək şəxsə 33 gün məzuniyyət veriləcək.


Potensial namizəd təkcə Bukingem sarayında deyil, Vindzor qəsri də daxil olmaqla digər iqamətgahlarda da işləyəcək. 


Elan işlə bağlı təcrübənin də lazım olmadığı vurğulanır