Faiq Ağayev bu səbəbə görə evlənmir...

9 Avqust 2016 13:45 (UTC+04:00)
Xalq artisti Faiq Ağayev şəxsi həyatından danışıb.

Müğənni hələ də subay olmasına, evlənmədiyinə aydınlıq gətirib.

O, bu haqda "Star life" verilişinə bunları deyib:

"Mənim üçün dünyanın ən gözəl qadını anamdır. Evdar, gözəl, qayğıkeş biridir. Hələ də subayam. Mənə dözən lazımdır. Səhər saat 6-da yatıram, günorta 1-də oyanıram, televizora baxıram, siqaret çəkirəm... Buna dözmək lazımdır. Buna dözməyə hazır olanlar var, amma axıra kimi gedə biləcəklərmi?"/big.az